18 июня, 12:56
Minval
No Result
View All Result
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
  • Features
    • Global Player
    • Podcast Category
    • Podcast List
    • Episode List
    • Single Episode
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
No Result
View All Result
Minval
No Result
View All Result
 
Глава МИД Израиля заявил о разрыве всех контактов с Каллас 2026/06/18, 12:42
«Времени нет»: Пашинян пообещал решить вопросы с Россией и ЕАЭС 2026/06/18, 12:31
Зеленский прокомментировал крупнейшую атаку на Москву 2026/06/18, 11:12
Все аэропорты Москвы прекратили работу 2026/06/18, 10:52
Пожар на территории НПЗ в Баку потушен 2026/06/18, 10:37
Украина массированно атаковала Москву: пострадал рынок Нисанова и Илиева, сотни дронов продолжают налёт 2026/06/18, 09:48
Ильхам Алиев: Азербайджан уже стал важным игроком во многих отношениях 2026/06/18, 09:40
ВСУ поразили танкер «теневого флота» России 2026/06/17, 17:31
«Не понравится — ударим»: Трамп снова пригрозил Ирану 2026/06/17, 15:20
Азербайджан готовится выпустить первый сукук 2026/06/17, 11:40
Next
Prev
Главная Политика

Mirzoyan və Okampo: Ermənistan XİN başçısının anti-Azərbaycan kampaniyasının əsas koordinatoru ilə gizli əlaqələri

Minval Politika
8 мая 2026, 18:17

1274

Mirzoyan və Okampo: Ermənistan XİN başçısının anti-Azərbaycan kampaniyasının əsas koordinatoru ilə gizli əlaqələri
FacebookTwitterFacebookSend

Minval Politika redaksiyası əvvəlki materiallarında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun həyata keçirdiyi anti-Azərbaycan kampaniyasının miqyasını artıq ifşa etmişdi. Göstərilmişdi ki, Azərbaycana qarşı siyasi və informasiya təzyiqindən ibarət bütöv bir şəbəkə fəaliyyət göstərir və bu şəbəkədə Jozep Borrel, eləcə də erməni əsilli rusiyalı biznesmenlər Samvel Karapetyan və Ruben Vardanyanın adları keçir.

Üstəlik, Okampo özü açıq şəkildə etiraf etmişdi ki, Bakıya qarşı süni intellektdən və Braziliyadakı superkompüterdən istifadə olunması planlaşdırılır. Yəni söhbət artıq ayrı-ayrı lobbiçilərin xaotik fəaliyyətindən deyil, Azərbaycana qarşı qurulmuş beynəlxalq təzyiq sistemindən gedir.

Lakin redaksiyamıza daxil olan yeni materiallar daha narahatedici mənzərəni ortaya qoyur.

Bu gün yayımlanan videogörüntülərdə son aylarda Azərbaycanın Qarabağ bölgəsində sökülən qanunsuz tikililər ətrafında qaldırılan isteriyanın arxasında kimin dayandığı aydın görünür. Erməni lobbiçiləri həmin tikililəri “qədim kilsələr” kimi təqdim etməyə çalışırlar. Üstəlik, kadrlardan Ermənistan hakimiyyətinin və Paşinyanın yaxın çevrəsinin hansı nümayəndələrinin Okampo ilə əlaqə saxladığı və faktiki olaraq bu kampaniyaya dəstək verdiyi də anlaşılır.

Videogörüntüləri və onların mətn formasında transkriptini diqqətinizə təqdim edirik:

Luis Moreno Okampo: Biz anlaya bilərik ki, siyasi agentlik müdaxilə etməyib, sadəcə nələrisə göstərə bilər. Elə mənim də etdiyim budur. Mən bunu Ermənistanla da bağlı edirəm. Bu gün Ermənistan bərbad vəziyyətdədir, çünki Ermənistanda Paşinyan iki yepiskopu həbs edib. O, erməni kilsəsi ilə ölüm-dirim mübarizəsi aparır. O, erməni Papası olan Katolikosu oğlu olmaqda günahlandırıb və bu, doğrudur. Və sonra, o, ölüm-dirim mübarizəsi aparır. Londondakı yepiskopum da buna görə çox əziyyət çəkir. Amma mən ona deyirəm ki, qulaq as, biz həmişə deyirik: “Biz müdaxilə etmirik”.

Həmsöhbət: Bəs o, erməni icmasında iştirakına və ya onu təmsil etdiyinə görə sənə problem yaratmır? Və o, Ermənistan prezidentinin etmək istədiyinə qarşı ola bilər. Mənə elə gəlir ki, hansısa bir blokada yaradılır.

Luis Moreno Okampo: Mənim razılaşmam var. Razılaşma Paşinyanın özü ilə deyil, onun xarici işlər naziri ilədir ki, biz bu məsələni həll edəcəyik, erməniləri azad edəcəyik və Dağlıq Qarabağı qoruyacağıq. Və biz heç vaxt daxili məsələlərə müdaxilə etməyəcəyik.

Həmsöhbət: Yaxşı.

Luis Moreno Ocampo: Ona görə, onlar mənə təşəkkür etdilər. Onlar hesab edirlər ki, bizim kənardan təzyiq göstərməyimiz onlar üçün sərfəlidir, çünki onlar Əliyevlə danışıqlarda aqressiv ola bilmirlər, ona görə də bu, onlar üçün xeyirlidir.

Həmsöhbət: Mənə seçkilər barədə danışın. Onlar…?

Luis Moreno Okampo: Ermənistandakı?

Həmsöhbət: Ermənistandakı. Onlar indi… Onlar, mən onları nəzərdə tuturam…

Luis Moreno Okampo: Mayda. Mən həmişə hökumətə deyirəm ki: “Qulas asın, uşaqlae, mən heç vaxt milli maraqlara qarışmayacağam”.

Həmsöhbət: Çünki siz mənə demişdiniz ki, xarici işlər naziri ilə yaxşı münasibətiniz var.

Luis Moreno Okampo: Hə, Ermənistanın? Bəli. Amma sonra mən ona söz verdim ki, etməyəcəyəm… Baxın, onlar iyrənc işlər görürlər, çünki dörd yepiskopu həbs ediblər. Çünki yepiskop hökumətdə təbliğat aparırdı və hökumət inanırdı ki, yepiskoplar Rusiya üçün işləyirlər.


Yayımlanan materiallardan da göründüyü kimi, həbsdə olan ermənilər ətrafında aparılan kampaniyada Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri — Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın adı keçir. Üstəlik, Okampo özü onunla “yaxşı münasibətlərinin” olduğunu təsdiqləyir.

Və burada İrəvan üçün son dərəcə narahat sual yaranır. Əgər Ermənistanın xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünə qarşı tezisləri irəli sürən, beynəlxalq anti-Azərbaycan kampaniyasını koordinasiya edən və revanşist gündəmi qızışdıran şəxslə əlaqə saxlayırsa, o zaman Ermənistan hakimiyyətinin “sülhsevər” bəyanatlarını nə dərəcədə ciddi qəbul etmək olar?

Əvvəlki materialımızda Okamponun oğlu Tomasın sözləri də yer almışdı. O açıq şəkildə bildirmişdi: “Bizim nail olmalı olduğumuz şey Paşinyanı — baş naziri vəzifədən uzaqlaşdırmaqdır”. Bu fonda isə suallar daha da artır.

Ya Ermənistan XİN rəhbəri öz rəhbərliyindən gizli şəkildə separatçı və revanşist gündəmin təşviqinə cəlb olunub, bununla da Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtondakı tarixi görüşündən sonra formalaşmış sülh prosesini faktiki olaraq sarsıdır.

Ya da baş verənlərin hamısı İrəvanın şüurlu strategiyasının bir hissəsidir və Nikol Paşinyanın razılığı ilə həyata keçirilir. Elə bir strategiya ki, diaspora strukturları, pulla tutulmuş lobbiçilər və Qərb siyasi platformaları vasitəsilə anti-Azərbaycan narrativləri və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdləri davam etdirilir. Bununla yanaşı, İrəvan açıq fəaliyyət göstərməkdən çəkinərək bu kampaniyanı gizli şəkildə aparmağa üstünlük verir.

Məhz buna görə də Avropa Parlamentində Bakıya qarşı vaxtaşırı qəbul edilən çoxsaylı qətnamələr və təzyiq kampaniyaları artıq təsadüfi görünmür. Getdikcə daha çox belə təəssürat yaranır ki, bu proseslərin arxasında erməni siyasi dairələri ilə sıx əlaqədə fəaliyyət göstərən eyni qüvvələr dayanır.

Burada ən diqqətçəkən məqam “qədim kilsələr” mövzusudur. Yayımladığımız videogörüntülərdən belə nəticə çıxır ki, xaricdə, xüsusilə Böyük Britaniyada bəzi din xadimlərinin dəstəyi ilə fəal şəkildə tirajlanan “xristian irsinin məhv edilməsi” isteriyası da Okampo və onunla əlaqəli strukturlar tərəfindən koordinasiya olunur.

Okampo açıq şəkildə etiraf edir ki, onun Londonda “çox əziyyət çəkən” hansısa “yepiskopu” var.

Əslində isə söhbət işğal dövründə inşa edilmiş bina və tikililərdən gedir. Təkcə Laçında dağıdılmış azərbaycanlı ailəsinin evinin yerində tikilmiş kilsəni xatırlamaq kifayətdir. Hətta həmin tikinti zamanı dağıdılmış evdən qalan materiallardan istifadə olunmuşdu. Azərbaycan dəfələrlə vurğulayıb ki, belə tikililər heç bir “mədəni immunitetdən” istifadə edə bilməz. Ölkədə həqiqi qədim xristian abidələri qorunur və bərpa olunur. İşğal dövrünün qanunsuz “özbaşına tikililəri” isə söküləcək.

Başqa bir məqam da diqqət çəkir. Bu gün “xristian irsi” ətrafında isteriya yaradan həmin “Avropa siyasi ictimaiyyəti” uzun illər işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə göz yummağa üstünlük verirdi. İndi isə Avropada niyə bu qədər israrla başqa tərəfə baxdıqları və bu susqunluqda kimin maraqlı olduğu daha aydın görünür.

Başqa sözlə, söhbət artıq “hüquq müdafiəçiliyi”ndən və ya “mədəni irsə qayğı”dan deyil, Azərbaycana qarşı tammiqyaslı informasiya-siyasi əməliyyatından gedir.

Minval Politika redaksiyası əvvəlki eksklüziv materiallarında Okampo, Jozep Borrel, eləcə də erməni əsilli rusiyalı biznesmenlər Samvel Karapetyan və Ruben Vardanyanın iştirak etdiyi anti-Azərbaycan kampaniyasının miqyasını ifşa etmişdi.

Bu gün isə biz daha bir “qəhrəmanı”nı aşkarladıq — özü də artıq Nikol Paşinyanın ən yaxın çevrəsindən.

Yekun olaraq demək olar ki, Ararat Mirzoyanın Okampo ilə əlaqələrinin üzə çıxması fonunda İrəvan artıq real siyasətini müəyyənləşdirməli və ikili oyun oynamağa son qoymalıdır. Əgər Nikol Paşinyan doğrudan da öz ətrafında baş verənlərdən xəbərsizdirsə, o zaman araşdırma aparmalıdır.

Əks halda, Ermənistan hakimiyyətinin “sülh” və “yeni dövr” barədə bütün bəyanatları tamamilə boş siyasi dekorasiyaya çevriləcək. Çünki həmin dekorasiyanın arxasında köhnə üsullar — təxribat, lobbiçilik, manipulyasiya və Azərbaycana qarşı başqalarının əli ilə fəaliyyət göstərmək cəhdləri gizlənir.

null

Следите за развитием событий в нашем Телеграм-канале 

ПОДПИСАТЬСЯ
null

Присоединяйтесь к подписчикам Telegram-канала Minval-LIVE  — новости там появляются быстрее всех!

banner
Tags testttt: Minval Politika redaksiyası Qarabağ bölgəsində Арарат Мирзоян Луис Морено Окампо

Из этой рубрики

Саммит G7 показал: эпоха ООН уходит
Политика

Саммит G7 показал: эпоха ООН уходит

Нурани, обозреватель
2026/06/18, 10:40
Белый дом показал кадры подписания меморандума с Ираном
Политика

Белый дом показал кадры подписания меморандума с Ираном

Редакция
2026/06/18, 09:57
Ильхам Алиев: Азербайджан уже стал важным игроком во многих отношениях
Политика

Ильхам Алиев: Азербайджан уже стал важным игроком во многих отношениях

Редакция
2026/06/18, 09:40
Хикмет Гаджиев обсудил с румынским коллегой развитие двусторонних связей
Политика

Хикмет Гаджиев обсудил с румынским коллегой развитие двусторонних связей

Редакция
2026/06/18, 09:23
Турция назвала условие для полной нормализации отношений с Арменией
Политика

Турция назвала условие для полной нормализации отношений с Арменией

Редакция
2026/06/18, 09:12

Лента новостей

Общество

Эмин Амруллаев: Тема Западного Азербайджана имеет стратегическую значимость

12:54
Мир

Нетаньяху пытался остановить сделку Трампа с Ираном

12:46
Мир

Глава МИД Израиля заявил о разрыве всех контактов с Каллас

12:42
Общество

Завтра Баку накроет сильная жара

12:36
Общество

Дресс-код, а не единая форма: почему учителям меняют правила одежды

12:32
Важно

«Времени нет»: Пашинян пообещал решить вопросы с Россией и ЕАЭС

12:31
Мир

Правительство Литвы уходит в отставку

12:23
Мир

Стало известно, как будут уничтожены запасы урана в Иране

12:10
Общество

Водители больше не смогут обмануть систему агрегаторов такси

11:54
Экономика

Ровшан Ибрагимов рассказал о рисках для Азербайджана при запуске экспорта иранской нефти

11:49
Мир

Россия позвала Азербайджан к мониторингу выборов в Госдуму

11:36
Статьи

Европейский «спасательный круг» для Армении: поможет ли он против Москвы?

11:24
Мир

Правнук Брежнева попал в плен ВСУ

11:19
Общество

Азербайджан и Россия расширяют сотрудничество в сфере образования и здравоохранения

11:15
Мир

Зеленский прокомментировал крупнейшую атаку на Москву

11:12
Общество

В Азербайджане сокращается число браков и новорожденных

10:59
Мир

Все аэропорты Москвы прекратили работу

10:52
Армия

Азербайджан и Казахстан обсудили военное сотрудничество и региональную безопасность

10:47
Политика

Саммит G7 показал: эпоха ООН уходит

10:40
Общество

Пожар на территории НПЗ в Баку потушен

10:37
Экономика

Алиев — о внешнем долге: успехи в этой области превзошли наши планы

10:36
Общество

Германия выдала Азербайджану гражданина Грузии

10:32
Мир

Apple повысит цены на продукцию

10:26
Общество

Впервые в истории страны три наших университета вошли в топ-800

10:20
Экономика

Алиев: Азербайджан оказал помощь странам, испытывающим потребность в энергоресурсах

10:01
Показать еще
Реклама
Реклама

Фото и видео

Ватикан опубликовал фото Папы Франциска в гробу

Ватикан опубликовал фото Папы Франциска в гробу

2025/04/22, 12:05
Азербайджанские альпинисты увековечили память погибших в авиарейсе Баку-Грозный

Азербайджанские альпинисты увековечили память погибших в авиарейсе Баку-Грозный

2025/04/14, 11:13
Фантастика становится реальностью: в Китае выданы первые лицензии летающим такси

Фантастика становится реальностью: в Китае выданы первые лицензии летающим такси

2025/04/01, 12:14
<span>Бакинский бульвар</span> преобразился

Бакинский бульвар преобразился

2025/02/27, 12:00
output-onlinepngtools (1)
© 2013-2026 Minval Politika При размещении материалов на сторонних ресурсах гиперссылка на источник обязательна.
О нас Контакты
No Result
View All Result
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
  • О нас
  • Контакты