24 сентября, 07:16
Minval
No Result
View All Result
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
  • Features
    • Global Player
    • Podcast Category
    • Podcast List
    • Episode List
    • Single Episode
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
No Result
View All Result
Minval
No Result
View All Result
 
TRIPP выходит за рамки транспорта: что рассказал Байрамов в Нью-Йорке 2026/09/24, 01:07
Зеленский и Эрдоган обсудили возвращение морского коридора 2026/09/24, 00:52
Байрамов обсудил в Нью-Йорке связи Азербайджана и США 2026/09/24, 00:48
Кремль отреагировал на приглашение Путина на саммит G20 2026/09/24, 00:20
Средний коридор набирает ход: транзит из Китая через Азербайджан вырос на 8% 2026/09/23, 23:15
Зеленский готовит дроновые сделки с партнерами из Южного Кавказа 2026/09/23, 22:59
Эрдоган пригласил Пашиняна на саммит COP31 2026/09/23, 22:47
Зеленский: Россия не уважает государственность стран Южного Кавказа 2026/09/23, 22:33
«Обвинил всех, кроме Путина»: Сибига ответил Лаврову в Совбезе ООН 2026/09/23, 22:15
Лавров: Москва готова к миру, но не остановит боевые действия 2026/09/23, 21:01
Next
Prev
Главная Политика

Minval Politika Exclusive: Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdür”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır”

Minval Politika
30 апреля 2026, 10:24

4732

Minval Politika Exclusive: Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdür”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır”
FacebookTwitterFacebookSend

Avropa siyasətində rəzillik davam edir. Minval Politika-nın əldə etdiyi sensasiyalı video görüntülər Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.

Minval Politika Exclusive: Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdür”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır”

Əvvəlcə gəlin görək Luis Okampo kimdi? Azərbaycan auditoriyasına onu xüsusi tanıtmağa ehtiyac duymuruq. Argentina vətəndaşı, prokuror vəzifəsini böyük qalmaqalla tərk edən bu şəxs son illər pullu erməni lobbiçisinə çevrilib. Bu şəxs yeni sponsorlarının sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdır — açıq-aydın feyklər yaymağa da,  yalanlar danışmağa da, ksenofobiya və islamofobiya üzərindən manipulyasiyalara da. Onun bu utanc verən fəaliyyəti haqda biz çox danışmışıq.

Lakin indi istefada olan prokuror ətrafındakı qalmaqal yeni rənglər almağa başlayır. Okamponun oğlu söhbət zamanı açıq şəkildə məqsədlərini açıqlayır: “Bizim nail olmalı olduğumuz şey — Paşinyanı, yəni baş naziri uzaqlaşdırmaqdır”.

Minval Politika Exclusive: Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdür”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır”

Daha maraqlısı isə Luis Okamponun özünün açıqlamalarıdır. Videoda da göründüyü kimi, o çəkinmədən bildirir: “Əgər belə işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrel?” Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.

Videoyazıları və onların mətnini təqdim edirik:

Luis Moreno Okampo:  Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var — o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi

Həmsöhbət: Borrell?

Luis Moreno Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada — Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.

… Bundan başqa bir məsələ də ortaya çıxıb — əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.

Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır — Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm — qapı artıq açıqdır, biz sadəcə onu açırıq.


Tomas Moreno Okampo (oğlu):  Bizim işimiz insanları koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın, görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir — çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət: Prezidenti?

Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.


Göründüyü kimi, Okamponun planları kifayət qədər genişdir: Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dakı erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaq. Görünür, əsas alət isə “insan hüquqları” mövzusunda spekulyasiyalardır.

Bu isə artıq çox ciddi məsələdir. Əslində, söhbət Ermənistanın daxili işlərinə kobud müdaxilədən və regional sülhə və təhlükəsizliyə zərbə vurmaq cəhdlərindən gedir. Açıq desək, Luis Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya aparır və bu kampaniyaya Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxlar geniş şəkildə cəlb olunub.

Üstəlik, bu çirkli kampaniyanın əsas fiqurlarından biri Avropa diplomatiyasının sabiq rəhbəri Jozep Borrel və onun ətrafıdır. Redaksiyamızda bu kampaniyada iştirak edən digər Avropa Parlamenti deputatları və Aİ-nin yüksək vəzifəli şəxsləri barədə də məlumatlar var.

Kampaniyanın maliyyələşdirilməsi əsasən Rusiyada yaşayan erməni oliqarxlar — Samvel Karapetyan, Ruben Vardanyan və digərləri tərəfindən həyata keçirilib. Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar.

Əslində, bu yeganə hal deyil. Minval Politika-nın daha əvvəl yazdığı kimi, bir müddət əvvəl Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərmişdi. Maraqlıdır ki, bu təhdidlərin formalaşmasında Avropa Parlamentinin özü kimi strukturların da rolu ola bilər. Üstəlik, Avropa Parlamentinin müvafiq qətnaməsinin mətni və narrativləri təəccüblü şəkildə Rusiya ritorikası ilə üst-üstə düşür.

Açığını desək, Avropa strukturlarında korrupsiyanın miqyası heç kəsə sirr deyil. Borrelin kimə xidmət etdiyi də məlumdur. Lakin təqdim olunan materiallar yeni sensasiyalı adları və faktları üzə çıxarır.

Ən vacibi isə budur: bu gün hər bir ifşa “dərin feyk” və ya neyroşəbəkə məhsulu kimi təqdim edilməyə çalışıldığı bir dövrdə yaşayırıq. Ona görə biz əvvəlcədən bəyan edirik — təqdim etdiyimiz videomateriallar tamamilə orijinaldır və süni intellekt vasitəsilə heç bir müdaxiləyə məruz qalmayıb. Biz yarana biləcək şübhələri anlayırıq və bir daha qeyd edirik ki, sizə təqdim etdiyimiz görüntülər realdır.

Jurnalist etikası qaydalarına uyğun olaraq, Minval Politika vəziyyətə aydınlıq gətirmək üçün Okamponun mövqeyini də dərc etməyə hazırdır. Həmçinin redaksiya bu qalmaqalla bağlı şərhlər almaq üçün Avropa Parlamenti və Aİ-nin digər institutlarına rəsmi sorğular göndərməyi planlaşdırır.

Biz haqlı olaraq  suallarımıza cavab verilməsini gözləyirik. Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları təqdim etdiyimiz bu mümkün korrupsiya faktlarını araşdıracaqmı? Bu faktlar təcili və hərtərəfli istintaq tələb edir! Belçika xüsusi xidmət orqanları adı çəkilən şəxslərin Avropa Parlamentində fəaliyyətini araşdırmalı və Borrel, Okampo və digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə çıxarmalıdır. Yəqin ki, Ermənistan mediası da ölkə daxilində bu məsələni araşdırmalı və hibrid təhdidlərə qarşı tədbirlər görməlidir.

Şübhə etmirik ki, biz hələ bu iş üzrə Avropa Parlamentində yeni qalmaqallar və araşdırmaların şahidi olacağıq. Okamponun və onun şəbəkəsinin — erməni lobbisi və satın alınmış avropalı siyasətçilərin — fəaliyyəti açıq şəkildə göstərir ki, onların hədəfi yalnız Bakı deyil. Hədəfdə həm də İrəvan və regionda yaranmaqda olan həssas balansdır. Başqa sözlə, bu, sülh prosesini pozmaq və vəziyyəti idarə olunan destabilizasiya ssenarisinə qaytarmaq cəhdidir.

Ardı var…

null

Следите за развитием событий в нашем Телеграм-канале 

ПОДПИСАТЬСЯ
null

Присоединяйтесь к подписчикам Telegram-канала Minval-LIVE  — новости там появляются быстрее всех!

banner
Tags testttt: Avropa siyasəti korrupsiya Боррель Луис Окампо

Из этой рубрики

TRIPP выходит за рамки транспорта: что рассказал Байрамов в Нью-Йорке
Важно

TRIPP выходит за рамки транспорта: что рассказал Байрамов в Нью-Йорке

Редакция
2026/09/24, 01:07
Зеленский и Эрдоган обсудили возвращение морского коридора
Политика

Зеленский и Эрдоган обсудили возвращение морского коридора

Редакция
2026/09/24, 00:52
Байрамов обсудил в Нью-Йорке связи Азербайджана и США
Политика

Байрамов обсудил в Нью-Йорке связи Азербайджана и США

Редакция
2026/09/24, 00:48
Навроцкий потребовал принять Польшу в G20
Политика

Навроцкий потребовал принять Польшу в G20

Редакция
2026/09/24, 00:36
Кремль отреагировал на приглашение Путина на саммит G20
Политика

Кремль отреагировал на приглашение Путина на саммит G20

Редакция
2026/09/24, 00:20

Лента новостей

1:07

TRIPP выходит за рамки транспорта: что рассказал Байрамов в Нью-Йорке

0:52

Зеленский и Эрдоган обсудили возвращение морского коридора

0:48

Байрамов обсудил в Нью-Йорке связи Азербайджана и США

0:36

Навроцкий потребовал принять Польшу в G20

0:32

Азербайджан обыграл Таджикистан благодаря автоголу

0:20

Кремль отреагировал на приглашение Путина на саммит G20

0:15

Война с Ираном: число погибших и раненых военных США превысило 850

23:59

Politico: США могут на 90 дней запретить экспорт дизеля

23:45

Турция начала вывод войск с севера Ирака

23:34

Израиль не уйдет с юга Сирии: Кац пригрозил новыми захватами

23:15

Средний коридор набирает ход: транзит из Китая через Азербайджан вырос на 8%

22:59

Зеленский готовит дроновые сделки с партнерами из Южного Кавказа

22:47

Эрдоган пригласил Пашиняна на саммит COP31

22:33

Зеленский: Россия не уважает государственность стран Южного Кавказа

22:15

«Обвинил всех, кроме Путина»: Сибига ответил Лаврову в Совбезе ООН

21:59

Уроженец Москвы позвал Подоляку в FIDE: Украина ответила протестом

21:36

Зеленский и Стубб подписали соглашение об оборонном сотрудничестве

21:24

Азербайджан и Беларусь подписали документы о сотрудничестве

21:12

«Перемирие сохраняется»: Уиткофф рассказал о миллиардах для Газы

21:01

Лавров: Москва готова к миру, но не остановит боевые действия

20:53

США не присоединились к заявлению союзников Украины в ООН

20:41

«Сила единства»: армии Азербайджана, Турции и Узбекистана отработали совместные действия

20:32

«Война не закончится на поле боя»: Рубио о конфликте в Украине

20:20

Байрамов и Барро обсудили отношения Азербайджана и Франции

20:11

«Украина хочет мира»: Сибига призвал Россию к прекращению огня

Показать еще
Реклама
Реклама

Фото и видео

Ватикан опубликовал фото Папы Франциска в гробу

Ватикан опубликовал фото Папы Франциска в гробу

2025/04/22, 12:05
Азербайджанские альпинисты увековечили память погибших в авиарейсе Баку-Грозный

Азербайджанские альпинисты увековечили память погибших в авиарейсе Баку-Грозный

2025/04/14, 11:13
Фантастика становится реальностью: в Китае выданы первые лицензии летающим такси

Фантастика становится реальностью: в Китае выданы первые лицензии летающим такси

2025/04/01, 12:14
<span>Бакинский бульвар</span> преобразился

Бакинский бульвар преобразился

2025/02/27, 12:00
output-onlinepngtools (1)
© 2013-2026 Minval Politika При размещении материалов на сторонних ресурсах гиперссылка на источник обязательна.
О нас Контакты
No Result
View All Result
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
  • О нас
  • Контакты