04 сентября, 16:40
Minval
No Result
View All Result
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
  • Features
    • Global Player
    • Podcast Category
    • Podcast List
    • Episode List
    • Single Episode
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
No Result
View All Result
Minval
No Result
View All Result
 
Уиткофф и Кушнер 5 сентября едут в Москву, затем — в Киев 2026/09/04, 13:37
Трамп поделился статьей Уиткоффа о годовщине декларации между Азербайджаном и Арменией 2026/09/04, 10:44
Аномальная жара накроет почти всю сушу и продержится до февраля 2026/09/04, 09:55
Алиев поздравил Мелони с историческим рекордом 2026/09/04, 09:23
Украина ударила по дивизиону ПВО и нефтебазе под Сочи 2026/09/04, 09:10
Россия пригрозила ударить по Германии 2026/09/04, 09:03
Зеленский назвал удар России по Coca-Cola сигналом для США 2026/09/03, 21:59
MEDİA обвинило Nexta в дезинформации о пожаре в Гёранбое 2026/09/03, 20:55
Haaretz: Израиль и Турция свернули канал связи через Азербайджан 2026/09/03, 20:38
Главы спецслужб Турции и Греции обсудили напряженность в Средиземноморье 2026/09/03, 20:25
Next
Prev
Главная Политика

Minval Politika Exclusive. Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam”

Minval Politika
1 мая 2026, 15:30

1527

Minval Politika Exclusive. Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam”
FacebookTwitterFacebookSend

Dünən Minval Politika-nın yaydığı material və video görüntülər Azərbaycana qarşı genişmiqyaslı və sistemli informasiya kampaniyasının pərdəarxasını bir daha üzə çıxardı. Artıq söhbət ayrı-ayrı bəyanatlardan və ya sadəcə siyasi jestlərdən deyil, sistemli təsir və təzyiq infrastrukturundan gedir. Bu infrastrukturda Qərb platformaları, diaspor şəbəkələri və indi məlum olduğu kimi, Rusiyadan gələn maliyyə resursları da iştirak edir.

Bu prosesdə əsas fiqur Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur. Yayımlanan video materiallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, o, Avropa institutlarında əlaqələri və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsinin xatırladır.

Lakin ən diqqətçəkən məqam Avropa istiqamətindən çox, bu fəaliyyətin maliyyə bazasıdır.

Minval Politika-nın əldə etdiyi yeni video kadrlardan aydın olur ki, kampaniya “Rusiya-erməni nümayəndələrindən ibarət qrup” tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir.

Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə o, maliyyəni erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılmış kanallar işə qoşulub. Söhbət beynəlxalq bizneslə məşğul olan və bir hissəsi Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrindən gedir. Burada əsas prinsip anonimlikdir. Onun sözlərinə görə, bu sxemin iştirakçıları “Rusiya ilə problem yaşamaq istəmədikləri üçün” qapalı mexanizmlərlə fəaliyyət göstərməyə üstünlük verirlər.


Videoyazıları və onların mətnini təqdim edirik:

Luis Moreno Okampo: “Domenek”

Həmsöhbət: “Domenek?”

Luis Moreno Okampo: “Hə. Mən […] heç cür soyadları yadda saxlaya bilmirəm, bağışlayın”

Həmsöhbət: “Amma bu sizin işə götürdüyünüz biridir?”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa.”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa. Amma siz…”

Luis Moreno Okampo: “Mən ermənilərdən bir az pul aldım”

Həmsöhbət: “Aha”

Luis Moreno Okampo: “Beləliklə, başlanğıcda ermənilər, mən…”

Həmsöhbət: “ABŞ-da?”

Luis Moreno Okampo: “Xeyr, Rusiyadan olan ermənidən… Onlar Rusiya ilə heç bir problem yaşanmamasını istəmirlər. Onlar üçün anonimlik əsasdır”

Həmsöhbət: “Yaxşı. Amma biz Rusiyadan kənarda yaşayan ruslardan danışırıq? Yoxsa Rusiyadakı ruslardan?”

Luis Moreno Okampo: “Onlar xaricə səyahət edirlər; onların hər yerdə maraqları var, mütləq Rusiyada olmaları şərt deyil. Bəziləri, hamısı yox. Amma mən deyərdim ki, bunlar məxfi şəkildə baş verir”

Luis Moreno Okampo: “Əvvəlcə mən bunu təmənnasız (pro bono) etdim. İlk hesabat təmənnasız idi. Sonra Beynəlxalq Cinayət Məhkəməsindəki (ICC) bir işi dəstəkləmək üçün  Amerika fondlarından birində dəstək aldım. Sonra sosial media kampaniyasını da, demək olar ki, təmənnasız etdim. Və indi Rusiya ermənilərindən ibarət bir qrup onların daha davamlı kampaniyasını maliyyələşdirmək üçün fond yaradır”

Həmsöhbət: “Deməli, layihəniz nə vaxta qədər davam edəcək?”

Luis Moreno Okampo: “Heç bir fikrim yoxdur. Çünki indi bizim… erməni məsələsində bunu maliyyələşdirən insanlar qrupu var. Və bizim may ayınadək öhdəliyimiz var, […] amma mənim etdiyim odur ki…”

Həmsöhbət: “Həm də Ermənistanda olan azlıq?”

Luis Moreno Okampo: “Xeyr, maliyyələşdirən qrup…”

Həmsöhbət: “[…] Hə, bəzi varlı ermənilər…Onlar axı nə edirlər?”

Luis Moreno Okampo: “Çünki onlar ermənidirlər. Çünki onlar ermənidirlər”

Həmsöhbət: “Onlar hökumətin bir hissəsidir, yoxsa QHT-lərdir? Onlar mənim kimi insanlardır, ya necə?”

Luis Moreno Okampo: “Xeyr, xeyr, xeyr. Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar”


Bu kontekstdə mümkün benefisiarların dairəsi də aydınlaşır. Maliyyələşmə mənbələrindən biri kimi biznesmen Samvel Karapetyan çıxış edə bilər. O, daha əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərin dəstəklənməsi kontekstində də gündəmə gəlmişdi. Məlumatlara görə, o, keçmiş işğal dövründə Qarabağda məskunlaşma və infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak edib.

Bundan əlavə, şübhəsiz ki, bu prosesdə Ruben Vardanyan da iştirak edib. Hazırda Bakıda saxlanılmasına baxmayaraq, onun fondu fəaliyyətini davam etdirir və bu fəaliyyət hazırda ailəsi tərəfindən idarə olunaraq Bakıya qarşı kampaniyaya yönəldilir.

Yeni materiallar göstərir ki, bu cür praktika aradan qalxmayıb, sadəcə transformasiya olunub. Əgər əvvəllər söhbət “yerində faktlar” yaratmaqdan gedirdisə, indi vurğu informasiya və siyasi təzyiqə yönəlib. Beləliklə, maliyyə, media, siyasi əlaqələr və beynəlxalq institutların vahid mexanizm kimi işlədiyi bütöv ekosistem formalaşdırılıb.

Burada diqqətimizi xüsusi cəlb edən məqamlardan biri Okamponun müddətlərlə bağlı etirafıdır. O, açıq şəkildə bildirir ki, komandasının maliyyəsi “ən azı may ayına qədər” təmin olunub. Bu isə kampaniyanın planlı xarakter daşıdığını göstərir.

Xatırladaq ki, may ayı parlament seçkilərinə hazırlaşan Ermənistanda seçki kampaniyasının son mərhələsidir. Bu fonda baş verənlər artıq təkcə xarici informasiya hücumu deyil, həm də bu ölkənin daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə kimi görünür. Üstəlik, unutmayaq ki, dünən yaydığımız kadrlarda Okamponun oğlu Tomas faktiki olaraq etiraf etmişdi ki, bu kampaniyanın məqsədlərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsidir.

Bütün bunlar bir daha göstərir ki, söhbət təkcə Azərbaycana qarşı deyil, ümumilikdə regional sabitliyə qarşı yönəlmiş və dərin kök salmış sistemdən gedir. Qərb institutlarının, Rusiyadan gələn maliyyə axınlarının və diaspor strukturlarının birgə fəaliyyəti bu kampaniyanın çoxsəviyyəli xarakterini ortaya qoyur.

Minval Politika-nın yaydığı materiallar uzun illər kölgədə qalan mexanizmi üzə çıxarır. Artıq aydın olur ki, burada ayrı-ayrı siyasətçilərin “dəyərlər mövqeyi” deyil, konkret maliyyələşdirilən və praqmatik fəaliyyət dayanır. Korrupsiya pulları isə, təbii ki, həlledici rol oynayır.

Bu hekayə eyni zamanda şəxsiyyətin deqradasiyasını aydın şəkildə göstərir: bir vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin tanınmış prokuroru olan şəxs faktiki olaraq Avropa strukturlarının və Rusiyadakı erməni oliqarxlarının — Karapetyan və Vardanyanın — iştirak etdiyi hibrid hücumlara xidmət edən lobbiçi marionetə çevrilib. Bu şəxs haqda növbəti materialımızda daha ətraflı bəhs edəcəyik.

Ardı var…

null

Следите за развитием событий в нашем Телеграм-канале 

ПОДПИСАТЬСЯ
null

Присоединяйтесь к подписчикам Telegram-канала Minval-LIVE  — новости там появляются быстрее всех!

banner
Tags testttt: ermənilərdən almışam Mən pulları Rusiyada Minval Politika Луис Морено Окампо Рубен Варданян Самвел Карапетян

Из этой рубрики

Байрамов поздравил нового главу МИД Казахстана с назначением
Политика

Байрамов поздравил нового главу МИД Казахстана с назначением

Редакция
2026/09/04, 16:16
Ильхам Алиев назначил новых послов в Нидерланды и Швейцарию
Политика

Ильхам Алиев назначил новых послов в Нидерланды и Швейцарию

Редакция
2026/09/04, 16:15
Алиев поздравил Мелони с историческим рекордом
Политика

Алиев поздравил Мелони с историческим рекордом

Редакция
2026/09/04, 09:23
Россия пригрозила ударить по Германии
Политика

Россия пригрозила ударить по Германии

Редакция
2026/09/04, 09:03
США отказались от переговоров с Ираном до прекращения атак на торговые суда
Политика

США отказались от переговоров с Ираном до прекращения атак на торговые суда

Редакция
2026/09/04, 00:50

Лента новостей

16:32

В Азербайджане около 15 тыс. человек работают в ненадлежащих условиях

16:16

Байрамов поздравил нового главу МИД Казахстана с назначением

16:15

Ильхам Алиев назначил новых послов в Нидерланды и Швейцарию

15:58

В каждом пожаре — Баку. Как рождаются великие западные расследования

15:41

Армения готовится не к миру, а к паузе: закулисье военного альянса на $2 миллиарда

15:31

«Кероглу» стала самой загруженной станцией метро в августе

15:20

Украина осталась почти без ракет Patriot

14:57

Радев предупредил Европу об ответе России на дальнобойные удары

14:28

Кремль допустил прекращение ударов Украины по России на время визита Уиткоффа и Кушнера

14:09

WSJ: Украина хочет парализовать авиасообщение России дронами

14:02

S&P: SOCAR откроет Comstock путь к мировому рынку СПГ

13:44

Эрдоган бросил вызов Ближнему Востоку: кто пытается сорвать Мекканское соглашение?

13:40

Запад требует от Армении ввести визовый режим с Россией

13:37

Уиткофф и Кушнер 5 сентября едут в Москву, затем — в Киев

13:16

Французы и комары – это бессилие: не всегда же антиазербайджанские резолюции строчить

12:59

Все 535 льготных квартир MİDA разобрали

12:58

Баку ждут жара, дождь и резкая смена ветра

12:54

Советник Путина признал бегство капитала из России

12:40

Сибига рассказал, как полтора года жил с Зеленским в бункере

12:29

На Бинагадинском шоссе изменят схему движения

11:56

Израильский аналитик указал, на что нацелен Тель-Авив в войне с Ираном

11:44

Милей готовит санкционный удар по нефтяникам у Фолклендов

11:20

STEAM готовят к интеграции в школьную программу Азербайджана

11:19

Азербайджан впервые охватил всю страну исследованием PISA

11:17

Азербайджанские школьники впервые пройдут международный тест TIMSS

Показать еще
Реклама
Реклама

Фото и видео

Ватикан опубликовал фото Папы Франциска в гробу

Ватикан опубликовал фото Папы Франциска в гробу

2025/04/22, 12:05
Азербайджанские альпинисты увековечили память погибших в авиарейсе Баку-Грозный

Азербайджанские альпинисты увековечили память погибших в авиарейсе Баку-Грозный

2025/04/14, 11:13
Фантастика становится реальностью: в Китае выданы первые лицензии летающим такси

Фантастика становится реальностью: в Китае выданы первые лицензии летающим такси

2025/04/01, 12:14
<span>Бакинский бульвар</span> преобразился

Бакинский бульвар преобразился

2025/02/27, 12:00
output-onlinepngtools (1)
© 2013-2026 Minval Politika При размещении материалов на сторонних ресурсах гиперссылка на источник обязательна.
О нас Контакты
No Result
View All Result
  • Политика
  • Статьи
  • Общество
  • В мире
  • Экономика
  • Мнение
  • Спорт
  • Армия
  • О нас
  • Контакты