Elza 12

Заслуженная артистка Эльза Сеидджахан посвятила американской валюте свое стихотворение.

Minval.az представляет вашему вниманию этот стих:

Dollar ,dollar

Səni yormur yollar?

Bizi yordu borclar .

Niyə etdi corclar ?

Ora çatmaz qollar

Qapıda durur dollar .

Belə getsə nə olar ?

Nə olar bizə olar .

Dollar, dollar

Dola-dola doldun

Dərdimizdən soldun ?

Dola.

Dola.

Bizi dola.

Onu dola,

Bunu dola.

Çıxmısan bir uzun yola

Daha bəsdir

Zil notlara çıxma sən.

Qulağımızı kəsmə sən.

Ömrümüzü üzmə sən .

Neçə vaxtdır dostumuzsan

Sevirik səni bilmirsən?

Eşqindən havalanmışıq .

Dərdindən paralanmışıq

Ləzzətindən suslanmışıq

Sən qızsan, ya oğlansan?

Qocasan, ya sən cavansan ?

Sən bizi nə sanansan?

Bu odlara bizi salan sən

Bəlkəm sən xəstələnmisən?

Ulduz xəstəliyindəsən ?

Elvis Preslidən də sən

Maykl Ceksonda da sən

Uitni Hyustondan da sən

Elza Seyidcahandan da, sən

Betər xəstələnmisən yetər!

Sevginin gözü kor olur.

Sən nə deyirsən o olur.

Borclar dolur, dolur, dolur

Yollar yorur, yorur, yorur .

Qollar solur, solur, solur

Dollar dolur, dolur, dolur .

Dollar dolur, dolur, dolur

Dollar yolur, yolur, yolur

Dollar dolur, dolur, dolur.